Sadhu taxtası bizi qorxularımızdan qaçmağa yox, onlarla sakit və şüurlu şəkildə üzləşməyə dəvət edir. O an ayaqların mismarın üzərində olanda anlayırsan ki, ən böyük maneə taxta deyil — öz düşüncələrin, şübhələrin və qorxularındır.
Sadhu səni dəyişmir. O, sənin içində artıq mövcud olan gücü, dözümlülüyü və gözəlliyi üzə çıxarır. Sənə göstərir ki, düşündüyündən daha cəsarətlisən, daha güclüsən.

Bir neçə Sadhu lövhəsi üzərindən keçməyin faydaları.
Sadhu lövhəsi üzərində dayanmaq artıq sənə tanış və rahat gəlirsə, bir neçə lövhə üzərindən keçmək bu təcrübəni daha da dərinləşdirən və inkişaf etdirən növbəti addım ola bilər. Bu praktikanın həm fiziki, həm də psixoloji faydaları var. Gəlin əsas üstünlüklərinə baxaq:
_PNG.png)
Komfort zonasından çıxış
Əgər artıq Sadhu lövhəsi üzərində dayanmaq sənə asan gəlirsə, addımlamaq yeni bir çağırış deməkdir. Bu isə həm bədən, həm də düşüncələr üçün sərhədləri genişləndirmək deməkdir.

Dərin emosional təmizlənmə
Sadhu lövhələri üzərində hərəkət zamanı bədəndə və ruhda güclü reaksiyalar baş verə bilər: qorxu, əsəb, göz yaşları və ya gülüş. Bu, içində sıxılıb qalmış emosiyaların üzə çıxması və azad olması üçün güclü bir vasitədir.

Daxili sabitlik və gücün
formalaşması
Bu artıq sadəcə dayanmaq deyil — bu bir yoldur. Dərdindən, qorxundan, qeyri-müəyyənlikdən keçməkdir. Həm mənəvi, həm də fiziki baxımdan bu səni gücləndirir və özünə olan inamı artırır.
_PNG.png)
Simvolika və mərasim
Bir çox insan üçün Sadhu lövhəsi üzərindən keçmək bir keçid mərasimi kimidir. Öz daxilindəki təbəqələri keçmək, niyyətlə irəliləmək və nəticədə yenilənməkdir. Ruhani praktikaların və niyyətlə işin bir hissəsi ola bilər.
Sadhu Baku
Sadhu taxtası üzərində dayanmaq bizə bütün ifadə edilməmiş duyğuları ifadə etmək, özümüzlə əlaqə qurmaq və daxili travmalarla işləmək üçün güc verir. Bu üsul ilə biz həyatımızdan stressi uzaqlaşdırmış oluruq.


«Величайшее открытие моего поколения состоит в том, что человек способен изменить свою жизнь, изменив свое отношение к ней».
Sadhu Taxtası
Minlərlə insanın həyatına toxunan bu praktika sizində həyatınızı dəyişə bilər.
Sadhu taxtası ehtiyacımız olan rahatığı,sakitliyi və balansı bizə bəxş edir.

Психологические услуги
Помощь в любой ситуации



Психотерапия для пар.
Индивидуальная психотерапия
Семейная психотерапия







