top of page

Sadhu taxtası bizi qorxularımızdan qaçmağa yox, onlarla sakit və şüurlu şəkildə üzləşməyə dəvət edir. O an ayaqların mismarın üzərində olanda anlayırsan ki, ən böyük maneə taxta deyil — öz düşüncələrin, şübhələrin və qorxularındır.

Sadhu səni dəyişmir. O, sənin içində artıq mövcud olan gücü, dözümlülüyü və gözəlliyi üzə çıxarır. Sənə göstərir ki, düşündüyündən daha cəsarətlisən, daha güclüsən.

Bu praktikada bədən sakitləşdikcə, zehin susmağa başlayır. Qorxu isə yerini inama və təslimiyyətə verir. Və sən anlayırsan — qaçmaq yox, üzləşmək azadlıqdır.

IMG_9251.HEIC

Bir neçə Sadhu lövhəsi üzərindən keçməyin faydaları.

 

 

Sadhu lövhəsi üzərində dayanmaq artıq sənə tanış və rahat gəlirsə, bir neçə lövhə üzərindən keçmək bu təcrübəni daha da dərinləşdirən və inkişaf etdirən növbəti addım ola bilər. Bu praktikanın həm fiziki, həm də psixoloji faydaları var. Gəlin əsas üstünlüklərinə baxaq:

IMG_8975 (1).PNG

     Komfort zonasından çıxış

Əgər artıq Sadhu lövhəsi üzərində dayanmaq sənə asan gəlirsə, addımlamaq yeni bir çağırış deməkdir. Bu isə həm bədən, həm də düşüncələr üçün sərhədləri genişləndirmək deməkdir.

IMG_8974.PNG

     Dərin emosional təmizlənmə

Sadhu lövhələri üzərində hərəkət zamanı bədəndə və ruhda güclü reaksiyalar baş verə bilər: qorxu, əsəb, göz yaşları və ya gülüş. Bu, içində sıxılıb qalmış emosiyaların üzə çıxması və azad olması üçün güclü bir vasitədir.

IMG_8973.PNG

     Daxili sabitlik və gücün

     formalaşması

Bu artıq sadəcə dayanmaq deyil — bu bir yoldur. Dərdindən, qorxundan, qeyri-müəyyənlikdən keçməkdir. Həm mənəvi, həm də fiziki baxımdan bu səni gücləndirir və özünə olan inamı artırır.

IMG_8976 (1).PNG

     Simvolika və mərasim

Bir çox insan üçün Sadhu lövhəsi üzərindən keçmək bir keçid mərasimi kimidir. Öz daxilindəki təbəqələri keçmək, niyyətlə irəliləmək və nəticədə yenilənməkdir. Ruhani praktikaların və niyyətlə işin bir hissəsi ola bilər.

Sadhu Baku

Sadhu taxtası üzərində dayanmaq bizə bütün ifadə edilməmiş duyğuları ifadə etmək, özümüzlə əlaqə qurmaq və daxili travmalarla işləmək üçün güc verir. Bu üsul ilə biz həyatımızdan stressi uzaqlaşdırmış oluruq.

IMG_3684.HEIC
FullSizeRender (1).jpg

Hiss etdiklərimiz.

Hər kəsin Sadhu və meditasiya təcrübəsi fərqlidir. Hər kəsin terapiya zamanı hiss etdiyi duyğular fərqlidir. 

 

1.Keçmişdə İfadə olunmamış duyğuları yaşamaq 

2.Basdırılmış hislərin üzə çıxması

3.Keçmiş ilə bağları təmizləmək 

4İçinizdə gizlənən əsl potensialınızı kəşf etmək

Sadhu Taxtası

Minlərlə insanın həyatına toxunan bu praktika sizində həyatınızı dəyişə bilər.

Sadhu taxtası ehtiyacımız olan rahatığı,sakitliyi və balansı bizə bəxş edir.

Sadhu Praktikasında biz bir çox duyğular yaşayırıq: təəssüf, qorxu, sevinc, itki acısı, qəzəb, özünə sevgi. 

aTMgFKR5H8w.jpg
IMG_8469.PNG
IMG_8400.PNG

Sadhu terapiyası travmalara kömək olurmu?

Sadhu terapiya neçə yaşdan başlayır?

FullSizeRender (2).jpg

Bizimlə əlaqə.

Əlaqə nömrəmiz: +994519077335 

E-mail: gunelxuseynzade@yandex.ru

@sadhubaku

  • alt.text.label.Instagram
bottom of page